» » » Bakı məhkəməsində təqsirləndirilən şəxs özünü yandırdı

Bakı məhkəməsində təqsirləndirilən şəxs özünü yandırdı

Bakı məhkəməsində təqsirləndirilən şəxs özünü yandırdı

“Qapıda gözləyirdim, gördüm qışqırıq”.

Nəsimi Rayon Məhkəməsində təqsirləndirilən şəxs özünü yandırıb.

ucarliyiq.biz xəbər verir ki, Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, 34 yaşlı Samir Əliyev özünə od vuraraq yandırıb.

Qeyd edək ki, Samir Əliyev iyulun 8-dən həbsdədir. Bu gün istintaq müddətinin uzadılması ilə əlaqədar onu Nəsimi Rayon Məhkəməsinə gətiriblər.

Məhbusun həyat yoldaşı Zəminə Əliyeva ərinin qışqırıq səsini eşidib zala keçmək istədiyini, amma ona imkan vermədiklərini deyib: 

“Qapıda gözləyirdim, gördüm qışqırıq gəlir, icəri qaçdım, vəkillər çıxıb dedilər ki, özünü yandırıb”.

Nəsimi Rayon Məhkəməsindən isə zənglərimizə cavab verən olmadı.