» » » Bakı ilə Tiflisin qardaşlaşması üçün danışıqlar aparılır

Bakı ilə Tiflisin qardaşlaşması üçün danışıqlar aparılır

Bakı ilə Tiflisin qardaşlaşması üçün danışıqlar aparılır

“Biz danışıqların yekununu gözləyirik”.

Bakı ilə Tiflisin qardaşlaşmasını nəzərdə tutan sənədləri hazırlanır. Hazırda Gürcüstanın Azərbaycandakı səfirliyi və Bakı şəhər meriyası arasında müvafiq danışıqlar aparılır. 

ucarliyiq.biz-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Tiflis şəhərinin meri David Narmaniya deyib.

“Biz danışıqların yekununu gözləyirik. Bundan sonra həmin sənədlər imzalanacaq”, - deyə Tiflis meri vurğulayıb.
 
Onun sözlərinə görə, iki şəhər arasında müxtəlif layihələr, o cümlədən investisiya layihələri həyata keçiriləcək.

"Qarşılıqlı turizm tədbirlərinə də geniş yer verəcəyik. Azərbaycandan Gürcüstana turist axını getdikcə genişlənir və bu bizi sevindirir. Bu sahənin inkişafı üçün dövlət və özəl sektor böyük işlər həyata keçirir", - deyə David Narmaniya qeyd edib.
 
O həmçinin azərbaycanlıların kompakt yaşadığı bölgələrdə də turizmin inkişaf etdiriləcəyini bildirib.

"İlk öncə turizmin inkişafına təkan verəcək mədəni infrastrukturu genişləndirmək, sonra isə müxtəlif layihələri həyata keçirmək istəyirik", - Tiflis meri vurğulayıb.