» » » İran səfirinin müavini Bakıda qəzaya düşdü

İran səfirinin müavini Bakıda qəzaya düşdü

İran səfirinin müavini Bakıda qəzaya düşdü

Faktla bağlı araşdırma aparılır.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin vəzifəli əməkdaşı Bakıda avtomobil qəzasına düşüb.

ucarliyiq.biz “Report”-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib.

Belə ki, Nobel prospektində Bakı şəhər sakini 1990-cı il təvəllüdlü İlkin Abdullayev idarə etdiyi “KİA” markalı avtomobillə İran səfirinin müavini, səfirliyin mədəniyyət müşaviri, 1974-cü il təvəllüdlü Əlirza Behbudinin idarə etdiyi səfirliyə məxsus “Peugeot Pars” markalı avtomobili arxadan vurub.

Nəticədə səfir müavininin idarə etdiyi avtomobil qarşıda hərəkət edən 1981-ci il təvəllüdlü Əsədulla Səmədovun sürdüyü BMW markalı avtomobilə dəyib. Qəza nəticəsində hər üç avtomobil əzilib, ağır xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.