» » » Ramil Usubov diplomatik korpuslarla bağlı qərar verdi

Ramil Usubov diplomatik korpuslarla bağlı qərar verdi

Ramil Usubov diplomatik korpuslarla bağlı qərar verdi

“D” seriyası üzrə dövlət qeydiyyat nişanı veriləcək.

Azərbaycandakı diplomatik nümayəndəlik və konsulluqların nəqliyyat vasitələrinə verilən dövlət qeydiyyat nişanları ilə bağlı yeni qaydalar müəyyənləşib.

ucarliyiq.biz Trend-ə istinadən xəbər verir ki, daxili işlər naziri Ramil Usubovun verdiyi qərara görə, qaydalara əsasən xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların, habelə onların diplomatik personalının və bu personalın ailə üzvlərinin xidməti və şəxsi nəqliyyat vasitələrinə qeydiyyat şəhadətnaməsi və “D” seriyası üzrə dövlət qeydiyyat nişanı veriləcək.

Həmçinin diplomatik nümayəndəlik və konsulluqların, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatların inzibati-texniki və xidməti personalına və bu personalın ailə üzvlərinə “T” seriyası üzrə dövlət qeydiyyat nişanı və fəxri konsulluqların nəqliyyat vasitələrinə “FK” seriyası üzrə dövlət qeydiyyat nişanı veriləcək.