» » » Ağstafada ağır qəza: Ölən və yaralanan var

Ağstafada ağır qəza: Ölən və yaralanan var

Ağstafada ağır qəza: Ölən və yaralanan var

Faktla bağlı araşdırma aparılır.

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

ucarliyiq.biz-ın APA-ya istinadən məlumatına görə, hadisə yolun Ağstafa rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
 
İki “VAZ 2106” markalı avtomobilin toqquşması nəticəsində Tovuz rayon Əlibəyli kənd sakini, 1969-cu il təvəllüdlü Mahir Cəfərov ölüb, Tovuz rayon Aşağı Quşçu kənd sakinləri, 1975-ci il təvəllüdlü Sərdar Rüstəmiov və 1988-ci il təvəllüdlü Seymur Qasımov müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.