» » » Polis huşunu itirmiş bacısına kömək etmək istəyən qızı tutdu - FOTO

Polis huşunu itirmiş bacısına kömək etmək istəyən qızı tutdu - FOTO

Polis huşunu itirmiş bacısına kömək etmək istəyən qızı tutdu - FOTO

Qız bacısını tək buraxmaq istəməyib.

Bakının mərkəzində polis huşunu itirmiş bacısına kömək etmək istəyən qıza imkan verməyib.

ucarliyiq.biz Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə bir az əvvəl Səməd Vurğun adına bağda baş verib.

Huşunu itirərək yerə yıxılan və ona kömək etməyə cəhd göstərən bacıların başına xeyli adam toplaşıb. Onlardan ayaqda olanı yıxılan bacısını qaldıraraq taksiyə mindirib, evə aparmağa cəhd göstərib.

Amma hadisə yerinə gələn polislər ondan tələb ediblər ki, kənara çəkilsin və təcili yardım çağırsın. Qız isə bacısını tək buraxmayacağını deyib və onlarla mübahisə edib.

Polislər isə öz növbəsində onlarla insanın gözü qarşısında onu təhqir edərək, zorla xidməti maşına mindirib oradan uzaqlaşıblar.

Huşunu itirən bacı isə “əsnəyib” təcili yardım gözləyən insanların gözü önündə soyuq torpağın üstündə elə uzanılı halda qalıb.

Polis huşunu itirmiş bacısına kömək etmək istəyən qızı tutdu - FOTO