» » » Vasif Talıbovun oğlu deputat seçildi

Vasif Talıbovun oğlu deputat seçildi

Vasif Talıbovun oğlu deputat seçildi

Talıbov London Universitetində ali təhsil alıb.

Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbov deputat seçilib.

ucarliyiq.biz xəbər verir ki, “Şərq qapısı” qəzetinin dərc etdiyi siyahıda Naxçıvan Ali Məclisinin 45 deputatı arasında 25 saylı Naxçıvan şəhər Seçki Dairəsindən seçilmiş S. Talıbov da var.

Vasif Talıbov özü isə 7 saylı Aralıq Seçki Dairəsindən deputat seçilib.

Qeyd edək ki, Seymur Talıbov elm sahəsində çalışır. Onun Naxçıvan şəhərindəki 12 saylı orta məktəbi  bitirəndən sonra London Universitetində ali təhsil aldığı bildirilir.

Modern.az saytının bir müddət əvvəl yaydığı məlumata görə, Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin Beynəlxalq münasibətlər kafedrasında baş müəllim vəzifəsində çalışıb.

O, həmçinin hakim Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının şura üzvüdür.

S. Talıbov həm də alimdir. Onun müdafiə etdiyi elmi iş “Regional enerji təhlükəsizliyinin beynəlxalq hüquqi problemləri” adlanır. Dissertasiya işində Xəzər regionunda enerji təhlükəsizliyi məsələlərindən bəhs olunub.

Naxçıvan MR-in Ali Məclisinə seçilmiş deputatların tam siyahısı:

1 saylı Sədərək Seçki Dairəsi                                                            Qasımov Arif Mikayıl oğlu
2 saylı Heydərabad Seçki Dairəsi                                                       Əliyeva Vüsalə Abazər qızı
3 saylı Maxta Seçki Dairəsi                                                               Həsənov Nüsrət Firudin oğlu
4 saylı Yengicə Seçki Dairəsi                                                            Babayev Əmir Baxşəli oğlu
5 saylı Alışar Seçki Dairəsi                                                               Tağıyev Asəf Tağı oğlu
6 saylı Çərçiboğan Seçki Dairəsi                                                       Məhərrəmov Saleh Heydər oğlu
7 saylı Aralıq Seçki Dairəsi                                                              Talıbov Vasif Yusif oğlu
8 saylı Düdəngə Seçki Dairəsi                                                          Vəliyev Musa Məmməd oğlu
9 saylı Mahmudkənd Seçki Dairəsi                                                   Möhbəliyev Telman Əli oğlu
10 saylı Şərur şəhər Seçki Dairəsi                                                   Zeynalov Azər Yadulla oğlu
11 saylı Həmzəli Seçki Dairəsi                                                       Məmmədova Yeganə Qurban qızı
12 saylı Yuxarı Daşarx Seçki Dairəsi                                              Talıbov Tariyel Hüseynəli oğlu
13 saylı İbadulla Seçki Dairəsi                                                       Həsənli Oruc Qafar oğlu
14 saylı Danyeri Seçki Dairəsi                                                       Əliyev Asim Yediyar oğlu
15 saylı Qarabağlar Seçki Dairəsi                                                  Quluyeva Sevda Rüstəm qızı
16 saylı Qıvraq Seçki Dairəsi                                                        İbrahimov Anar Adil oğlu
17 saylı Çalxanqala Seçki Dairəsi                                                  Məmmədov Ehtimad Cəfər oğlu
18 saylı Nehrəm Seçki Dairəsi                                                       Niftəliyev Hüseyn Əsrafil oğlu
19 saylı Babək qəsəbə Seçki Dairəsi                                              Məmmədov İsa Mustafa oğlu
20 saylı Yarımca Seçki Dairəsi                                                      Allahverdiyeva Həbibə Rəşad qızı
21 saylı Məzrə Seçki Dairəsi                                                         Seyidov Mirhəşim Əhməd oğlu
22 saylı Şıxmahmud Seçki Dairəsi                                                Məmmədli Turan Bəyməmməd qızı
23 saylı Cəhri Seçki Dairəsi                                                          Səfərli Hacıfəxrəddin Yəhya oğlu
24 saylı Naxçıvan şəhər Seçki Dairəsi                                           Abbasov Məhərrəm Hüseyn oğlu
25 saylı Naxçıvan şəhər Seçki Dairəsi                                           Talıbov Seymur Vasif oğlu
26 saylı Naxçıvan şəhər Seçki Dairəsi                                           Cəfərli Elman Yusif oğlu
27 saylı Naxçıvan şəhər Seçki Dairəsi                                           Rzayeva Yazgül Həsənəli qızı
28 saylı Naxçıvan şəhər Seçki Dairəsi                                           Əliyev İsmayıl İsrafil oğlu
29 saylı Naxçıvan şəhər Seçki Dairəsi                                           Allahverdiyeva Aidə Məhərrəm qızı
30 saylı Naxçıvan şəhər Seçki Dairəsi                                           Məmmədov Namiq Qəzənfər oğlu
31 saylı Naxçıvan şəhər Seçki Dairəsi                                           Məmmədov Nazim Məmməd oğlu
32 saylı Naxçıvan şəhər Seçki Dairəsi                                           Bababəyli Nazim Səfərəli oğlu
33 saylı Naxçıvan şəhər Seçki Dairəsi                                           Əzimov Behruz Nurəddin oğlu
34 saylı Şahbuz şəhər Seçki Dairəsi                                             Məmmədov Rizvan Təmo oğlu
35 saylı Kolanı Seçki Dairəsi                                                        İsmayılov Cəbi Əziz oğlu
36 saylı Şahbuzkənd Seçki Dairəsi                                               Dünyamalıyev Qoçəli İsa oğlu
37 saylı Culfa şəhər Seçki Dairəsi                                                İbrahimov Qadir Abbas oğlu
38 saylı Yaycı Seçki Dairəsi                                                        Fərəcov Fərəc Rza oğlu
39 saylı Ərəzin Seçki Dairəsi                                                       Əliyev Tahir Rza oğlu
40 saylı Saltaq Seçki Dairəsi                                                       Həşimli Hüseyn Məmməd oğlu
41 saylı Ordubad şəhər Seçki Dairəsi                                           Rzayev Qurbət İsmayıl oğlu
42 saylı Ordubad şəhər Seçki Dairəsi                                           Zeynalov Eldar Əhməd oğlu
43 saylı Yuxarı Əylis Seçki Dairəsi                                              Cəfərli Əhəd Məmməd oğlu
44 saylı Vənənd Seçki Dairəsi                                                     Babayev Tofiq Süleyman oğlu
45 saylı Aza Seçki Dairəsi                                                          Mustafayeva İlhamə Rafiq qızı