» » » İranda etirazlar: “Bizim adamlar” kimdir?

İranda etirazlar: “Bizim adamlar” kimdir?

İranda etirazlar: “Bizim adamlar” kimdir?

Bu suala cavab versəniz, sizi daha ciddi qəbul edəcəklər.

Türklər... İran azərbaycanlıları... Azərbaycan iranlıları... İran türkləri... Azərbaycan türkləri...

Bütün bunlar tamamilə fərqli anlayışlardır, bu anlayışlara görə, biz Arazın bu tayında, həmvətənlərimiz isə o tayında özlərini identifikasiya edirlər. Bu fərqli ideologiyalar, fərqli yanaşmalar, fərqli dünyagörüşüdür. Amma ümumilikdə bu anlayışları bir yerə toplayırlar. “Cənubi azərbaycanlılar” kimi. Bu isə kökündən yanlışdır və hətta zərərlidir.

Cənubi və şimali azərbaycanlılar yoxdur. Çayın bu və o tayında yaşayan azərbaycanlılar var. Bu regionda yaşayan Azərbaycan türkləri var, onlar digər millətlərlə ümumi şimali dövlətçiliyə malikdirlər və ümumilikdə azərbaycanlılardırlar. Və İranda yaşayan Azərbaycan türkləri var, onlar isə farslarla bərabər İran məkanında birləşiblər.

Amma əgər Azərbaycan türkləri Azərbaycan Respublikasında, digər millətlərin nümayəndələrini də ümumi bayraq, himn və gerb altında öz dövlətlərini formalaşdırıblarsa, İranda Azərbaycan türkləri hətta özlərini identifikasiya da edə bilməyiblər.

Kimdir onlar? Türklər, Azərbaycan türkləri və ya İran azərbaycanlıları? Əminəm ki, bu, coşub-daşan çayın o biri tayında duran əsas tarixi sualdır. Bu suala heç kim adekvat cavab verə bilmədiyi üçün onların incidilməsi, alçaldılması baş verir, və onlar da zaman-zaman kütləvi etiraz aksiyalarına çıxırlar.

Türklər, Azərbaycan türkləri, İran azərbaycanlıları hələ də öz mənsubiyyətini müəyyənləşdirə bilmirlər. Bu günlərdə İranda insanlar küçələrə çıxıblar, etirazlar və qurbanlar var. İnsanlar təhqir edilib, çünki televiziya verilişlərinin birində Azərbaycan dilində danışan insanları alçaldıb və təhqir ediblər. Amma...

Gəlin, etiraz edənlərin şüarlarına nəzər salaq. Onlarda konkret identifikasiya varmı? Onlarda konkret tələb varmı? Yüngül eyham ilə. Konkret hala qarşı etiraz. Sistemli şəkildə deyil.

Yəni ideya yoxdur. İdeya, üzr istəyirəm yalnız ola biləcəyi yerdə yaranır. Hansısa qrupun öz plan, tələb, hədəf, məqsədlərini müəyyənləşdirmədiyi təqdirdə, heç kim onun yerini müəyyənləşdirməyəcək.

İranda etirazlar nadir hallarda olur, amma mütəmadi şəkildə. Türklər, Azərbaycan türkləri, İran azərbaycanlıları, iranlı azərbaycanlıları ya tarakanlarla müqayisə edirlər, ya da ki, indiki kimi diş fırçasını unitaz təmizləmək üçün istifadə edilən fırça ilə dəyişirlər... Küçələrə çıxacaqlar, etirazlarını bildirəcəklər, qurban verəcəklər... İldə bir dəfə Savalan dağına gedəcəklər... KİV-də onların necə sıxışdırıldıqlarından danışacaqlar... Sosial şəbəkələrdə onları mədəni-tədris sahəsində sıxışdırıldıqlarından şikayət ediləcək... Və... Və vəssalam.

Hər şey məsələnin kökünün qəbul edilməməsidir. Kimsiniz siz? Bu suala cavab versəniz, sizi daha ciddi qəbul edəcəklər. Həm İran hakimiyyəti, həm Azərbaycan, həm də Türkiyə hakimiyyəti, ümumiyyətlə istənilən hakimiyyət. Özünüzü anlayanda digərləri sizi daha asan, və yaxud da daha çətin başa düşəcək.  

Nə qədər ki, siz türklər, Azərbaycan türkləri, İran azərbaycanlıları, iranlı azərbaycanlılarısız sizi manipulyasiya edəcək, sizdən istifadə edəcəklər. Və siz seçmədiyiniz qibləgaha qurban gətirəcəksiniz.

Qarşınızda duran əsas sual budur: Kimsiniz siz?

Kənan Quluzadə