» » » Bakı Meriyası: Sahibkarlar elə bilməsinlər ki, artıq nə istəsələr edə bilərlər

Bakı Meriyası: Sahibkarlar elə bilməsinlər ki, artıq nə istəsələr edə bilərlər

Bakı Meriyası: Sahibkarlar elə bilməsinlər ki, artıq nə istəsələr edə bilərlər

“Bakı nə günə düşər?”

Ölkə başçısı İlham Əliyevin təqdimatı ilə Milli Məclis “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun qəbul edəndən sonra sahibkarlarda belə fikir yaranıb ki, artıq nə istəyirlər onu da edə bilərlər. Amma vəziyyət belə deyil.

ucarliyiq.biz xəbər verir ki, bu haqda Modern.az saytına Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov Nizami küçəsində yerləşən “Shaurma N-1” restoranının küçədəki oturacaqlarının departamentin işçiləri tərəfindən yığışdırılması səbəbinə aydınlıq gətirərkən deyib.

O qeyd edib ki, heç kim sahibkarların fəaliyyətinə mane olmur:

“Şəhərin abadlığına, səliqə-sahmanına, insanların gediş-gəlişinə mane olacaq hər hansı obyektin fəaliyyəti yolverilməzdir.

Qeyri-qanuni şəkildə, müəyyən olunmamış yerdə ticarət fəaliyyəti ilə məşğul olduqlarına görə bu addım atılıb. Bakı şəhər icra başçısı Hacıbala Abutalıbovun 2001-ci ildən verilmiş  sərəncamı var. Bu gün küçə ticarəti həmin sərəncama əsasən tənzimlənir.

Bu işin davamı olaraq noyabrın 10-da “Shaurma N-1” restoranın rəhbərliyinə tərəfimizdən bildiriş verilib. Onlar isə bildirişə məhəl qoymadan fəaliyyətlərini davam etdiriblər.

Biz də qanun çərçivəsində tədbir görmüşük. Restoranla heç bir işimiz yoxdur, amma obyektin qarşısını zəbt etməsinlər”.

Ə.Bağırov deyib ki, atılan addımın yoxlama ilə heç bir əlaqəsi yoxdur:

“Heç bir yoxlamadan, reyddən söhbət getmir. Həmin ərazidə yaşayan sakinlərin narazılıqlarını nəzərə alaraq restoranın küçədəki oturacaqları tərəfimizdən yığışdırılıb.

Təsəvvür edin , hərə öz obyektinin qarşısında kababxana, çayxana açsa Bakı nə günə düşər? Bu,yolverilməzdir”.