» » » Əbülfəs Qarayev rəisi işdən azad etdi

Əbülfəs Qarayev rəisi işdən azad etdi

Əbülfəs Qarayev rəisi işdən azad etdi

“O, uzun illər mədəniyyət sahəsində çalışıb”.

Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Namiq Qafarov öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. 

ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov bildirib.

Şöbə müdiri N.Qafarovun dövlət qulluqçusu kimi öz işinin öhdəsindən layiqincə gəldiyini bildirib: 

"O, uzun illər mədəniyyət sahəsində çalışıb və vəzifəsinin öhdəsindən bacarıqla gəlib. 

Vəzifəsindən öz ərizəsinə uyğun olaraq gedib. Gələcəkdə arzusu olsa, nazirliyin strukturunda müvafiq işlə təmin oluna bilər".

V.Şıxməmmədov Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinə yeni rəis təyinatı olmadığını da əlavə edib.