» » » Bakı metrosu qışa tam hazırdır

Bakı metrosu qışa tam hazırdır

Bakı metrosu qışa tam hazırdır

Qurum məlumat yaydı.

Builki qışa hazırlıq tədbirlərinə iyunun 29-da "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun istismar təsərrüfatlarının payız-qış mövsümünə hazırlanması barədə əmri ilə başlanılıb.

ucarliyiq.biz QSC-nin saytına istinadən məlumat verir ki, həmin əmrdə bütün xidmətlər üzrə görülməli olan olan işlər, tədbirlər, onların miqyası və məzmunu tam əhatəli və konkret göstərilməklə, vəzifələr müəyyənləşdirilib və icra müddəti qeyd olunub.

QSC sədrinin müavini Hidayət Məmmədova tapşırılıb ki, qışa hazırlıq işlərinin yerinə yetirilməsinə nəzarət gücləndirilsin və zərurət yarandıqda müvafiq kömək göstərilməsi üçün təcili tədbirlər görülsün. Eyni zamanda istismar üzrə baş mühəndis Əlixan Osmanovun rəhbərliyi ilə operativ qərargah yaradılaraq, həllini gözləyən bütün məsələlər nəzarətə götürülüb, komissiya baxışı keçirilib. Əmrə əsasən, hazırlıqla bağlı QSC sədrinə mütəmadi məlumat təqdim edilib.

Artıq qışa hazırlıq planı yerinə yetirilib. Qarlı-şaxtalı günlərdə sərnişinlərin rahatlığı və təhlükəsizliyi ilə bağlı məsələlər, əsasən, qatarların hərəkətinin, eləcə də sərnişinlərin stansiyalara daxil olub-çıxması ilə bağlı olur. Bununla əlaqədar, qar və buz bağlayan yerlərin təmizlənməsi üçün stansiyalar müvafiq inventar, avadanlıq və materiallarla təmin edilib. Metropolitenin yeganə yerüstü stansiyası olan "Bakmil"də hazırlıq tədbirləri, bütün stansiyalarda işçi heyətinin hazırlığı məqsədilə təlimatlar keçirilib və təkrarən davam etdirilir.

Metro üçün qarlı günlərin ən mühüm məsələsi qatarların "Nərimanov" elektrik deposundan xəttə verilməsini və qəbulunu təmin etməkdir. Bununla bağlı, həmişəki kimi, yol xidmətinin nəzdində qarla mübarizə qərargahı yaradılıb. Onun bütün müvafiq avadanlıq, material və məmulatla təchizatı həllini tapıb.