» » » “ASAN Məktub” adlı yeni layihəyə start verildi

“ASAN Məktub” adlı yeni layihəyə start verildi

“ASAN Məktub” adlı yeni layihəyə start verildi

“ASAN xidmət” məlumat yaydı.

“ASAN Könüllüləri” Təşkilatı “ASAN Məktub” adlı yeni layihəyə start verib.

Bu barədə “ASAN xidmət” dən ucarliyiq.biz-a bildirilib.

Xidmətdən verilən məlumata görə, layihənin məqsədi həssas qruplara aiduşaqlara sevinc bəxş etmək və ümumilikdə sosial məsuliyyət, eləcə də cəmiyyətə qayğı hissini daha da artırmaqdır.

““Uşaqlara ASAN sevgi” şüarı ilə sosial məsuliyyət hislərini aşılayan bu layihə www.asanmektub.az internet səhifəsi vasitəsi ilə əhalinin sosial cəhətdənhəssas qruplarına aiduşaqların arzu və xəyallarını gerçəkləşdirəcək.

Layihə çərçivəsində 14 yaşadək sosial qayğıya ehtiyacı olan hər bir uşaq məktub yazacaq  və yazdıqları məktublara xeyirxah insanlar tərəfindən cavab tapmış olacaqlar”, - deyə xidmətdən qeyd edilib.

Xidmətdən bildirilib ki, vətəndaşlar www.asanmektub.az səhifəsi vasitəsi ilə onların cavabını gözləyən məktubu seçməklə uşaqların sevincinə sevinc qata bilərlər.

Prosesin asanlaşdırılması məqsədi ilə, seçilən məktuba cavab “ASAN qasid” kimi çıxış edən ASAN könüllüləri vasitəsi ilə təklif edilən ünvandan götürülərək uşaqlara çatdırılacaq və vətəndaşa e-poçt, yaxud da digər əlaqə vasitələri ilə hədiyyənin çatdırılmasını təsdiq edən fotoşəkil göndəriləcəkdir.

Qeyd edək ki, “ASAN Məktub” layihəsi çərçivəsində müxtəlif rayonlarda yaşayan 200-dən çox uşağın arzusu artıq reallaşdırılıb.