» » » Yasamalda yol polisinin idarə etdiyi motosiklet aşdı

Yasamalda yol polisinin idarə etdiyi motosiklet aşdı

Yasamalda yol polisinin idarə etdiyi motosiklet aşdı

Polis serjantı xəsarət alıb.

Bakıda yol polisinə məxsus motosiklet aşıb. 

ucarliyiq.biz xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, dünən axşam saatlarında Yasamal rayonu ərazisində Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisinin əməkdaşı, polis serjantı Elvin Mahmudlunun idarə etdiyi "Yamaha" markalı motosiklet aşıb. 

Xidməti motosikletin aşması nəticəsində 29 yaşlı polis serjantı xəsarət alıb. 

O, Daxili İşlər Nazirliyinin Arif Heydərov adına hospitalına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.