» » » Nazirdən yeni təyinatlar

Nazirdən yeni təyinatlar

Nazirdən yeni təyinatlar

Əbülfəs Qarayev müvafiq əmr imzalayıb.

Bakı şəhərində Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinə və K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinə yeni direktorlar təyin edilib.

Nazirlikdən ucarliyiq.biz-a verilən məlumata görə, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə uyğun olaraq, Məmməd Həsən oğlu Quliyev 21 nömrəli Onbirillik Musiqi Məktəbinin, Fikrət Vəli oğlu Budaqov isə 16 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru təyin edilib. 

Bu təyinatadək M.Quliyev Azərbaycan Dövlət Konservatoriyasının professoru, F.Budaqov isə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktor müavini vəzifəsində çalışıb.

Yeni təyin olunan direktorların qarşısına nazirliyin rəhbərliyi tərəfindən musiqi təhsilinin daha da inkişafı, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənc istedadların müəyyən edilməsi kimi vəzifələr tapşırılıb.