» » » Rusiyada azərbaycanlıların əl baqajındakı ərzaqları yandırıblar

Rusiyada azərbaycanlıların əl baqajındakı ərzaqları yandırıblar

Rusiyada azərbaycanlıların əl baqajındakı ərzaqları yandırıblar

Ərzaqlar sərnişinlərin baqajlarına baxış zamanı aşkar edilib.

Tümenin hava limanı Roşinoda Bakıdan gələn iki sərnişinin baqajında aşkar edilmiş təzə meyvə və düyünü yandırıblar.

ucarliyiq.biz Ura.ru-ya istinadən xəbər verir ki, “Rosselxoznadzor”un (Baytarlıq və Fitosanitar nəzarət federal xidməti) verdiyi məlumata görə, ərzaqlar Azərbaycandan uçan 750 saylı reysin sərnişinlərinin baqajlarına baxış zamanı aşkar edilib.

Ümumilikdə 11 kiloqram təzə meyvə, 22 kiloqram isə düyü aşkar edilərək götürülüb. Buna səbəb kimi həmin məhsulların fitosanitar sənədlərinin olmaması göstərilir.