» » » XİN-dən Fransada olan Azərbaycan vətəndaşlarına çağırış

XİN-dən Fransada olan Azərbaycan vətəndaşlarına çağırış

XİN-dən Fransada olan Azərbaycan vətəndaşlarına çağırış

Nazirlik rəsmisi danışdı.

Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının Fransadakı səfirliyi bu ölkədə törədilmiş terror hücumları nəticəsində həlak olan və ya xəsarət alanlar içərisində Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini Fransanın Xarici İşlər Nazirliyi və digər müvafiq dövlət qurumları ilə təmasda olaraq araşdırır.

ucarliyiq.biz xəbər veirr ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
 
H. Hacıyev bildirib ki, hazırda Fransada olan Azərbaycan vətəndaşlarına bu ölkədə elan edilmiş fövqəladə vəziyyət rejiminin tələblərinə riayət etmələri, kütləvi yerlərdən kənar durmaları tövsiyə olunur.