» » » Terror təhlükəsi haqda MTN və DİN-dən açıqlama

Terror təhlükəsi haqda MTN və DİN-dən açıqlama

Terror təhlükəsi haqda MTN və DİN-dən açıqlama

“Bütün dövlətlər birgə mübarizə aparmalıdır”.

Azərbaycan Respublikasının milli maraqları və təhlükəsizliyinə mümkün təhlükələrin, təhdidlərin qarşısının alınması üçün Milli Təhülkəsizlik Nazirliyi (MTN) digər aidiyyəti hüquq-mühafizə orqanları ilə birlikdə bütün zəruri qabaqlayıcı tədbirləri həyata keçirir.

ucarliyiq.biz xəbər verir ki, bunu Trend-ə MTN-in İctimai Əlaqələr İdarəsinin rəisi Arif Babayev deyib. 

Onun sözlərinə görə, əməliyyat şəraitinə nəzarət olunur.

Daxili İşlər Nazirliyindən (DİN) bildiriblər ki, terrorizmə qarşı mübarizə heç də bir dövlətin işi deyil: 

"Terrorizmə qarşı bütün dövlətlər birgə mübarizə aparmalıdır".

Qeyd edək ki, Parisdə baş verən atışma və partlayışlar nəticəsində ölənlərin sayı 150 nəfəri ötüb