» » » Dubay şahzadəsini hacıqabullu çoban uşaqları yola saldı - FOTO

Dubay şahzadəsini hacıqabullu çoban uşaqları yola saldı - FOTO

Dubay şahzadəsini hacıqabullu çoban uşaqları yola saldı - FOTO

Şahzadə fotoları öz İnstagram səhifəsində yerləşdirib.

Hacıqabulun Qarasu kəndinə ova gəlmiş Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri - Məhəmməd bin Rəşid Qadir və 15-ə yaxın əshabəsi bir neçə gün öncə vətənlərinə geri dönüb.

ucarliyiq.biz Virtualaz.org-a istinadən xəbər verir ki, köçəri bəzgək quşlarının miqrasiyası başlandığı üçün  yaxın günlərdə Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun və onun varisi Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktumun yenidən Hacıqabula ov əyləncəsinə gələcəkləri gözlənilir.

Dubaya geri dönən Məhəmməd bin Rəşid Qadir öz İnstagram səhifəsində onu yola salan yerli çobanlarının uşaqlarının şəkillərini də yerləşdirib.

Qeyd edək ki, zəngin ərəblər şahin quşlarının təlimi üçün çox bəyəndikləri bu yerlərdə uzun müddətə məskunlaşmaq niyyətindədir. Bu məqsədlə kəndin axırında bir neçə ay əvvəl iki ev də alıblar. Bu evlərdə elə o vaxtdan da şeyxin yaxınları və xidmətçiləri yaşayır.

Qarasu sakinlərinin bir çoxu ərəb zənginlərinə günəmuzd çalışır. Ərəblərin avtomobillərinə, ov quşlarına və çadırlarına xidmət, ərzaq təchizatı, yemək hazırlamaq, paltarları təmizləmək və s. bu kimi məişət problemləri yerli sakinlər tərəfindən həll edilir.

Qeyd edək ki, yerli təbiətə valeh olmuş Dubay şeyxi və oğlanları bu yerlərə ildə bir neçə dəfə səfər edirlər. Ərəb zənginlərinin ovdanı Şamaxı rayonu ilə həmsərhəd olan Hacıqabulun Qarasu və Muğan kəndlərinin düzəngahlarıdır.

Onların buranı ovdan seçməsi də təsadüfi deyil. Yerli sakinlər bildirir ki, bəzgəklər sıx ot örtüyünə malik olan bu yerlərə əsasən noyabr ayının ortalarında kütləvi köç edir, aprel ayının sonlarında isə köçüb gedirlər. Həm də bəzgəklər adətən sıx, şirəli və yaşıl otla zəngin olan bu düzəngahlara sürü halında enirlər. Bu quşlar ən nadir çöl quşlarındandır ki, qidalanmaq üçün əkin sahələrinə tez alışırlar. Bu zaman ərəblərin saatda 100 km-dək sürətlə uçmaq qabiliyyətinə malik şahin quşları bəzgəkləri ovlayır və zəngin ərəblər bundan xüsusi zövq alırlar.

Dubay şahzadəsini hacıqabullu çoban uşaqları yola saldı - FOTO

Dubay şahzadəsini hacıqabullu çoban uşaqları yola saldı - FOTO

Dubay şahzadəsini hacıqabullu çoban uşaqları yola saldı - FOTO