» » » Bakıda 30-dan çox sərxoş sürücü saxlanıldı - FOTO

Bakıda 30-dan çox sərxoş sürücü saxlanıldı - FOTO

Bakıda 30-dan çox sərxoş sürücü saxlanıldı - FOTO

Reyd keçirilib.

Paytaxt yolarında hərəkətinin təhlükəsizliyi, ictimai qaydaya nəzarət, yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktiki tədbirlər davam etdirilir.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsindən ucarliyiq.biz-a verilən məlumata görə, noyabrın 13-14 tarixlərində Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən qayda pozuntularına yol verən sürücülərə qarşı növbəti reyd keçirilib. Günün qaranlıq saatlarında təşkil edilən reyd zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən, avtomobilin konstruksiyasında dəyişikliyə yol verən, polisin qanuni “saxla” əmrinə tabe olmayan, avtoxuliqanlıq hərəkətləri və digər ciddi qayda pozuntuları törədən sürücülər müəyyən olunaraq, barələrində müvafiq tədbirlər görülüb.

Eləcə də Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin İdarəetmə şöbəsinin müşahidə kameraları vasitəsilə yol polisinin “saxla” tələbini pozan, avtoxuliqanlıq hərəkətləri edən, hərəkətini işıqforun qırmızı işiğında davam etdirən və nəticədə qəzalara səbəb olan sürücülər də aşkar edilərək inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə reyd zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən 30-dan artıq sürücü müəyyən olunaraq saxlanılıb. Avtoxuliqanlıq edən 2, polisin qanuni tələbini pozan 4 və konstruksiya dəyişikliyi edən 20, elektron qaydada təyin edilən cərimə protokollarını ödəməkdən yayınan 15 sürücü aşkarlanıb.

Reyd zamanı yol hərəkəti qaydalarını pozan sürücülərlə profilaktiki söhbətlər aparılıb, yollarda hərəkət iştirakçılarının hüquq və vəzifələri izah edilib. Vurğulanıb ki, paytaxtda qeydə alınan yol-nəqliyyat hadisələrinə qarşı həyata keçirilən qabaqlayıcı-profilaktiki tədbirlərin nəticəsidir ki, ötən illə müqayisədə Bakı şəhərində baş verən yol nəqliyyat hadisələrinin ümumi təsnifatında azalma qeydə alınıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində kobud qayda pozuntularına yol verən sürücülərə qarşı reydlər mütəmadi olaraq, bundan sonra da davam etdiriləcək.