» » » Sürücülərin nəzərinə: Qadağa qüvvəyə mindi

Sürücülərin nəzərinə: Qadağa qüvvəyə mindi

Sürücülərin nəzərinə: Qadağa qüvvəyə mindi

Qanunu pozanları 150 manat cərimə cəzası gözləyir.

Bu gün sürücülərə pərdə və plyonkadan istifadəyə verilmiş icazənin müddəti başa çatır.

ucarliyiq.biz xəbər verir ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi - Ümumi texniki şərtlər" dövlət standartına edilmiş dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmaması müəyyənləşdirilib, həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq, hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.

Qeyd edək ki, yol polisi noyabrın 16-dan artıq bu qaydaya əməl etməyənlərə qarşı reydlərə başlayacaq. Qanunu pozanları 150 manat cərimə cəzası gözləyir.