» » » Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün aksiya keçirilib - FOTO

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün aksiya keçirilib - FOTO

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün aksiya keçirilib - FOTO

Dünya Diabet Günü ilə əlaqədar.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetin (BMDTU) uşaq endokrinologiyası kafedrasının pediatriya klinikasında Dünya Diabet Günü ilə əlaqədar aksiya keçirib.

ucarliyiq.biz AzərTAc-a istinadən xəbər verir ki, builki ümumdünya gününün mövzusu - “Sağlam həyat tərzi və şəkərli diabet” adlanır. 

Təşkilatçılardan biri, RAGB-ın idarə heyətinin üzvü, tibb elmləri namizədi Samir Əliyev uşaqlarda diabet problemi haqqında danışıb və vurğulayıb ki, dünyada birinci tip şəkərli diabeti olan xəstələrin sayı çoxalır. Bunu “gənclərin diabeti” də adlandırırlar. 

O, həmçinin şəkərli diabetlə mübarizədə sağlam həyat tərzinin əhəmiyyətini qeyd edib. RAGB-ın nümayəndələri - BMDTU-nun tələbələri uşaq endokrinologiya bölməsinin müdiri Alisa Vitebski ilə birlikdə balaca pasiyentlərə şəkərli diabetdə özünənəzarətin əhəmiyyətini izah ediblər. Sonra uşaqlar öz yeni dostları ilə müxtəlif müsabiqə və oyunlara həvəslə qoşulublar.

Tədbirin sonunda RAGB-ın nümayəndələri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından tibbi müəssisəyə hədiyyə olaraq məişət texnikası təqdim ediblər, uşaqlara isə hədiyyələr verilib. Klinikanın rəhbərliyi RAGB-ın sədri Leyla Əliyevaya, habelə Diabetlə Mübarizə Günü aksiyasının təşkilində və keçirilməsində fəal iştirak edənlərə təşəkkürünü bildirib.