» » » Bakının bir-neçə küçəsi bağlandı - FOTO

Bakının bir-neçə küçəsi bağlandı - FOTO

Bakının bir-neçə küçəsi bağlandı - FOTO

NİİM alternativ küçələrin adlarını açıqlayıb.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

NİİM-dən ucarliyiq.biz-a daxil olan məlumata görə, Mikayıl Əliyev küçəsinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində yerləşən dairədə təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

Sürücülərə alternativ olaraq Qara Qarayev prospekti və Bəkir Çobanzadə küçəsindən istifadə etmələri tövsiyə olunur.

Digər məlumata əsasən, təmir işləri ilə əlaqədar olaraq Ramiz Quliyev küçəsində də nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamətdə tam məhdudlaşdırılıb. Sürücülərə alternativ olaraq Süleyman Əhmədov küçəsindən və Gəncə prospektindən istifadə etmələri tövsiyə olunur.

Bakının bir-neçə küçəsi bağlandı - FOTO

Bakının bir-neçə küçəsi bağlandı - FOTO