» » » Azərbaycanın tanınmış alimi vəfat etdi

Azərbaycanın tanınmış alimi vəfat etdi

Azərbaycanın tanınmış alimi vəfat etdi

Əhmədbəyli geologiya elminə böyük töhfələr verib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Fərhad Əhmədbəyli vəfat edib. 

AMEA-dan ucarliyiq.biz-ə verilən məlumatına görə, F.Əhmədbəyli geologiya elminə böyük töhfələr verib. 

Onun elmi fəaliyyəti Qafqazın regional geologiyası, geotektonikası, neotektonikası, geodinamikası və seysmik aktivliyinə aid problemlərinin tədqiqinə həsr edilib.  

F. Əhmədbəyli 1923-cü il fevralın 12-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1941-1945-ci illərdə İkinci dünya müharibəsində iştirak edib. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) geoloji-kəşfiyyat fakültəsini bitirib.

F.Əhmədbəyli 1954-ci ildə geologiya-mineralogiya elmləri namizədi, 1964-cü ildə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcələrini, 1972-ci ildə isə professor elmi adını alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

F.Əhmədbəyli 145 elmi əsərin, o cümlədən 12 xəritə və atlasın, 5 monoqrafiyanın müəllifidir. Tanınmış beynəlxalq jurnallarda əsərlərinə istinad olunur. Çox sayda beynəlxalq konfrans, simpozium və konqreslərdə məruzə ilə çıxış edib. Beynəlxalq (STCU, SCOPES, CNRS) qrant layihələrinin iştirakçısı olub. 

Azərbaycanın tanınmış alimi vəfat etdi