» » » Gəncədə əmək yarmarkası olacaq

Gəncədə əmək yarmarkası olacaq

Gəncədə əmək yarmarkası olacaq

İşsizlərin nəzərinə.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən növbəti əmək yarmarkası noyabrın 18-də olacaq.

Bu barədə nazirlikdən ucarliyiq.biz-a bildirilib. 

“İlkin məlumata görə, yarmarkada 60-a yaxın müəssisə üzrə 380-dək boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək.

Tədbirdə həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin işlə təmin olunması üçün ayrı-ayrı müəssisələr üzrə kvota üzrə müəyyən edilmiş iş yerləri də təqdim olunacaq”, - deyə nazirlikdən qeyd edilib. 

Xatırladaq ki, cari il ərzində şəhər və rayonlarda ümumilikdə 55 əmək yarmarkası keçirilib.