» » » IDEA “Ekoloji Menecment” mövzusunda elmi seminar təşkil etdi - FOTO

IDEA “Ekoloji Menecment” mövzusunda elmi seminar təşkil etdi - FOTO

İki cildlik dəsr vəsaiti Leyla Əlievanın baş redaktorluğu ilə nəşr edilib.

IDEA-nın ekoloji tədris proqramının tərkib hissəsi olaraq, 13 noyabr tarixində IDEA İctimai Birliyinin Resurs Mərkəzində Qərb, Bakı Biznes, Bakı Avrasiya, Odlar Yurdu və Azərbaycan Universitetinin tələbələri üçün “Ekoloji Menecment” mövzusunda növbəti elmi seminar təşkil edilib.

ucarliyiq.biz xəbər verir ki, seminar zamanı bioloji müxtəlifliyin mühafizəsi üzrə tanınmış mütəxəssis Elman Yusifov iştirakçılara ətraf mühitin müxtəlif sahələri barədə maraqlı məlumatlar çatdırıb.

Seminar çərçivəsində, həmçinin Elman Yusifovun həmmüəllifi olduğu “Ekoloji Menecment” adlı iki cildlik dəsr vəsaitinin təqdimatı da keçirilib. Qeyd edək ki, sözügedən kitab Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əlievanın baş redaktorluğu ilə nəşr edilib.

Kitabda ətraf mühitin bütün sahələri, o cümlədən ekosistemlər, biomüxtəliflik, hüquqi tənzimlənmə, müasir dünyada müşahidə olunan qlobal ekoloji problemlər və onların həlli yolları, beynəlxalq təcrübə və s. barədə elmi araşdırmalar əks olunub. Bu kitab ətraf mühit, ekologiya və davamlı inkişaf sahələrində təhsil alan tələbələr üçün faydalı dərs vəsaiti olmaqla yanaşı, qeyd olunan sahələrdə çalışanlar üçün stolüstü kitab kimi də xüsusi əhəmiyyət daşıyır.

İnteraktiv şəraitdə keçirilən seminarda gənclər ətraf mühitin mühafizəsi ilə bağlı onları maraqlandıran mövzularda peşəkarla bilavasitə müzakirə aparmaq imkanı əldə ediblər.

Tədbirin sonunda IDEA İctimai Birliyi tərəfindən iştirakçılara iki cildlik “Ekoloji Menecment” kitabları hədiyyə edilib.

IDEA İctimai Birliyi Respublikamızın digər ali təhsil müəssisələrin tələbələri üçün də oxşar seminarlar təşkil edəcəkdir.