» » » Vergilər Nazirliyi vətəndaşların ən çox şikayət etdiyi məsələləri açıqladı

Vergilər Nazirliyi vətəndaşların ən çox şikayət etdiyi məsələləri açıqladı

Vergilər Nazirliyi vətəndaşların ən çox şikayət etdiyi məsələləri açıqladı

Vergi orqanlarına 10 250 müraciət daxil olub.

2015-ci ilin oktyabr ayı ərzində vergi orqanlarına 10 250 müraciət daxil olub ki, bunlardan da 95,8%-i ərizə, 4%-i şikayət, 0,2% təklifdir.

ucarliyiq.biz Vergilər Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciətlərin 45,8%-i kameral vergi yoxlamaları, 6,6%-i vergi borcları, 1,7%-i operativ vergi nəzarəti, 1,6%-i səyyar vergi yoxlamaları, 1,4%-i vergidən yayınma və dividendlərin verilməsi, 0,7%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,4%-i korrupsiya hüquqpozmaları, 41,85%-i digər məsələlərlə bağlı olub.

Müraciətlərdən 51,9%-i müsbət həll olunub, 15,3%-i barədə müvafiq izahatlar verilib, 2,3%-i əsassız sayılıb, 0,4%-i qismən həll edilib, 0,4%-i aidiyyəti üzrə göndərilib, 29,7%-i isə icradadır.

Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 501  vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilmiş və ya müvafiq izahatlar verilib.