» » » Azərbaycanda 23 qıza Məhəmməd, 86 oğlana Zəhra adı qoyulub

Azərbaycanda 23 qıza Məhəmməd, 86 oğlana Zəhra adı qoyulub

Azərbaycanda 23 qıza Məhəmməd, 86 oğlana Zəhra adı qoyulub

7 kişiyə Aygün adı verilib.

Son beş ildə Azərbaycanda xeyli sayda yeni doğulan qıza oğlan adı qoyulub.

ucarliyiq.biz Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, son beş ildə Azərbaycanda 4201 kişiyə və 8 qadına Həsən adı verilib. İki qız uşağına isə Həsanağa adı qoyulub.

Eləcə də, son beş ildə 760 qadına, 7 kişiyə Aygün, 172 kişiyə, 4 qadına Səxavət, 288 kişiyə və 3 qadına Ədalət, 2802 kişiyə və 25 qadına Nurlan, 454 kişiyə və 4 qadına Rövşən, 13 902 kişiyə, 23 qadına Hüseyn, eyni zamanda, daha 23 qadına Məhəmməd, 20 minə yaxın qız uşağına, eləcə də 86 nəfər oğlan uşağına Zəhra adı verilib.

Qeyd edək ki, son beş ildə Nizami, Füzuli, Nəsimi, Məhsəti kimi Azərbaycan şairlərinin adını heç kim övladına verməyib.