» » » Çovdarovun kürəkəni də MTN-dən qovuldu

Çovdarovun kürəkəni də MTN-dən qovuldu

Çovdarovun kürəkəni də MTN-dən qovuldu

Əmircanova məxsus 1 milyon dollarlıq villa möhürlənib.

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov həbs edildikdən sonra, onun ikinci kürəkəni, əslən Borçalının Qaçağan kəndindən olan, MTN şöbə rəisi, polkovnik-leytenant, Rəşad Əmircan oğlu Əmircanov, Milli Təhlükəsizlik Nazirinin 1-ci müavini, nazir səlahiyyətərini icra edən Mədət Quliyevin əmri ilə vəzifəsindən kənarlaşdırılıb və sərəncama göndərilib.

ucarliyiq.biz-ın avopa.info-ya istinadən məlumatına görə, Baş Prokurorluq Milli Antikorrupsiya İdarəsi Rəşad Əmircanovun Badamdardakı villasında və Bakının digər yerlərindəki evlərində axtarışlar aparıb. 

Rəşad Əmircanova məxsus Badamdardakı 1 milyon dollarlıq villa möhürlənib.

Əmircanov əvvəllər Xüsusi Dövlət Mühafizə Xidmətində işləyib, Akif Çovdarov Milli Təhlükəsilik Nazirliyində idarə rəisi təyin edildikdən sonra, mafioz qayınatasının himayədarlığı ilə MTN-ə şöbə rəisi gətirilib.

Hüquq-mühafizə orqanları Rəşad Əmircanovun Akif Çovdarovun təşkil etdiyi gizli həbsxanalar və müxtəlif cinayət əməllərində iştirakının olduğunu təxmin edirlər.

Yaxın saatlarda Rəşad Əmircanovun da həbs ediləcəyi gözlənilir.

Rəşad Əmircanov, 1993-1996-cı illərdə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi sədrinin birinci müavini vəzifəsini tutmuş Əmircan Əmircanovun kiçik oğlu, Dəmirbankın İdarə Heyətinin sədri Roman Əmircanovun, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Aqşin Vəliyevin yaxın qohumu və haqqında söz-söhbət gəzən gizli “Qaçağan klanı”nın əsas simalarından biridir.

Eldar Mahmudovun “kassiri” və terminatoru olan general-mayor Akif Çovdarovun kürəkəni MTN-nin eks-şöbə rəisi, polkovnik-leytenant, Rəşad Əmircanovun yaxın qohumları barəsində, onların Eldar Mahmudov və Akif Çovdarov bandası ilə əlaqələrinin olub-olmaması ilə bağlı Milli Antikorrupsiya İdarəsi və Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən ciddi araşdırma başladılıb.

Rəşad Əmircanovun yaxın qohumu, məclislərdə “Generalın” ( Akif Çovdarovun) "şərəfinə" daimi təriflər söyləyən və qudası Akif Çovdarovla fəxr edən edən Dəmir Bankın idarə Heyətinin sədri Roman Əmircanovun və Dəmir Bankın fəaliyyəti ciddi raşdırılır.

Roman Əmircanov hazırda Buzovnadakı bağ evindən kənara çıxmır və dərin psixoloji depressiyadadır.

Mənbə qeyd edir ki, Respublika Prokuroluğunda artıq müfəssəl məlumat var ki, Akif Çovdarovun bandası, kürəkəni Rəşad Əmircanov və DəmirBank İH sədri Roman Əmircanov vasitəsilə külli miqdarda maliyyə vəsaitlərini məhz qudası adıçəkilən bankda leqallaşdırıb.

Həmçinin külli miqdarda maliyyəni Dəmir Bank vasitəsilə Qafqaz İnkişaf bankının Tiflis fililalına köçürüb.

Mənbə yaxın zamanlarda DəmirBank İH sədri Roman Əmirçanovun son olaylarla bağlı həbs ediləcəyini bildirib. Hazırda onun ciddi nəzarətə alındığı qeyd edilir.