» » » Bakıda intihar etmək istəyən şəxs belə xilas edildi - ƏMƏLİYYAT GÖRÜNTÜSÜ

Bakıda intihar etmək istəyən şəxs belə xilas edildi - ƏMƏLİYYAT GÖRÜNTÜSÜ

Bakıda intihar etmək istəyən şəxs belə xilas edildi - ƏMƏLİYYAT GÖRÜNTÜSÜ

Musayev həbsxanadan yeni çıxıb.

Noyabrın 16-da səhər saat 8:00 radələrində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xətai rayonunda bir nəfərin intihar etmək cəhdi barədə məlumat daxil olub.

ucarliyiq.biz xəbər verir ki, APA TV-nin xəbərinə görə, Zığ şosesi 32 ünvanında naməlum şəxsin yüksək gərginlikli elektrik xəttinin dəmir dirəyinə çıxaraq intihar etmək niyyətində olduğu bildirilib.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələrinin əməkdaşları onunla profilaktik söhbətlər aparıblar.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, intihara cəhd edən şəxsin 1973-cü il təvəllüdlü Sergey Anatolyeviç Musayev olduğu müəyyən edilib.

Aparılan söhbətlərdən sonra Musayevin intihara cəhd etməsinin qarşısı alınıb və o, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən aşağı düşürülüb.

Əməliyyat saat 08:56-da başa çatıb. Məlumata görə, Sergey Musayev həbsxanadan yeni çıxıb.

Onun intihara cəhd etməsinin səbəbi sosial problemlərini həll edə bilməməsi olub.