» » » Allahşükür Paşazadənin hüquqşünas oğlu - FOTO

Allahşükür Paşazadənin hüquqşünas oğlu - FOTO

Allahşükür Paşazadənin hüquqşünas oğlu - FOTO

Paşazadə türk iş adamı Əli Evsenin qızı ilə evlidir.

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir. 

ucarliyiq.biz-ın məlumatına görə, budəfəki təqdimat Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadə haqqındadır.

Bu ilin avqustunda 66 yaşını tamam edən Allahşükür Paşazadə 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsində (QMİ) çalışır. O, əvvəlcə idarənin məsul katibi, sonra “Təzəpir” məscidinin axundu, QMİ-nin sədr müavini vəzifələrində çalışıb. 

Allahşükür Paşazadənin hüquqşünas oğlu - FOTO

1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifəsinə seçilib və şeyxülislam rütbəsi alıb. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının sədridir.

A.Paşazadə 1990-1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 

Qafqaz müsəlmanlarının 2003-cü ildə keçirilmiş XI qürultayında A.Paşazadə ömürlük Şeyxülislam seçilib.

O həmçinin Qafqaz Xalqları Ali Dini Şurasının sədri, MDB Dinlərarası Şurasının həmsədridir. 

1992-ci ildə doktorluq dissertasiyası müdafiə edərək, tarix elmləri doktoru elmi dərəcəsi alan A.Paşazadə Bakı Dövlət Universitetinin professorudur.

A.Paşazadə Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvüdür. 

Müxtəlif orden və medallarla təltif edilib.

Şeyxülislam Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadə 5 bacının yeganə qardaşıdır.

Allahşükür Paşazadənin hüquqşünas oğlu - FOTO

Məhəmməd Paşazadə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 

2014-cü ildə Ali Attestasiya Komissiyasına hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi təqdim edib. Və bir müddət sonra “Azərbaycan Respublikasının cinayət prosesində prosessual forma və onun təkmilləşdirilməsi istiqamətləri” adlı elmi işini müdafiə edib. 

Hüquq üzrə fəlsəfə doktoru Məhəmməd Paşazadənin dissertasiya işində Azərbaycan Respublikasının cinayət prosesesində prosessual formanın mahiyyətindən və onun təkmilləşdirilməsi istiqamətlərindən bəhs edilib.

Məhəmməd Paşazadə türk iş adamı Əli Evsenin qızı ilə evlidir. Onun babasının adını daşıyan Allahşükür adlı azyaşlı oğlu var.