» » » Azərbaycanın güllələnmiş keçmiş nazirin həyat yoldaşı vəfat etdi

Azərbaycanın güllələnmiş keçmiş nazirin həyat yoldaşı vəfat etdi

Azərbaycanın güllələnmiş keçmiş nazirin həyat yoldaşı vəfat etdi

O, 30 ilə yaxın Azad Həmkarlar İttifaqının sədri işləyib.

Azərbaycanın kabinetində güllələnərək qətlə yetirilən keçmiş daxili işlər naziri general-leytenant Arif Heydərovun həyat yoldaşı Ədilə Heydərova dünyasını dəyişib. 

ucarliyiq.biz "Report"-a istinadən xəbər verir ki, Ə.Heydərova 80 yaşında vəfat edib. 

O, 30 ilə yaxın Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri işləyib. Yaşla əlaqədar 2006-cı ildə vəzifəsindən uzaqlaşıb. 

Qeyd edək ki, Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə Ədilə Xeyrulla qızı Heydərova 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

Eyni zamanda, dövlət başçısı 2006-cı ildə ona Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. 

Xatırladaq ki, Arif Heydərov 1970-ci ildən 1978-ci ilə qədər Azərbaycan SSR-nin daxili işlər naziri işləyib.1978-ci il iyunun 30-da A.Heydərov kabinetində güllələnərək qətlə yetirilib.