» » » Azərbaycanda WhatsApp-ın zəng xidməti bərpa edildi

Azərbaycanda WhatsApp-ın zəng xidməti bərpa edildi

Azərbaycanda WhatsApp-ın zəng xidməti bərpa edildi

Yalnız Wi-Fi şəbəkəsi ilə.

Azərbaycanda da kifayət qədər populyar olan WhatsApp tətbiqinin zəng funksiyasına qoyulan qeyri-rəsmi qadağa qismən aradan qaldırılıb.

ucarliyiq.biz xəbər verir ki, hazırda mobil internet vasitəsilə bu funksiya ilə zənglər mümkün olmasa da, Wi-Fi texnologiya ilə WhatsApp-dan zənglər etmək mümkündür.

Sınaqdan keçirdiyimiz provayderlərlə, Alfanet, Azeronline, Bakinternet, Citynet, Ultel-də bu funksiya ilə zəng etmək artıq mümkündür.

Qeyd edək ki, bir neçə gün əvvələ qədər WhatsApp-ın bu xidmətindən ölkəmizdə heç bir halda istifadə mümkün deyildi.

Messencerin bu xidmətin tətbiqinə başlamasından sonra servis Azərbaycanda işləsə də, sonradan WhatsApp-ın zəng funksiyası məhdudlaşdırılmışdı.