» » » Azərbaycan əhalisinin sayı artdı

Azərbaycan əhalisinin sayı artdı

Azərbaycan əhalisinin sayı artdı

Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.

Bu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 83,5 min nəfər və ya 0,9% artaraq oktyabrın 1-nə 9 milyon 676 min 500 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən ucarliyiq.biz-a verilən məlumata görə, bir kvadrat kilometrə əhalinin sıxlığı 112 nəfərdir.

Əhalinin 53,1%-i şəhər, 46,9%-i isə kənd sakinləridir. Əhalinin 49,8%-ni kişilər, 50,2%ni isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.

Bu 9 ayı ərzində ölkədə 123,3 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə bu göstərici 17,3 təşkil edib. Doğulan körpələrin 53,2%-ni oğlan, 46,8%-ni qız uşaqları təşkil edir. Doğulan körpələrdən 2238-i əkiz, 66-sı isə üçəmdir.

Ədliyyə nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 41 min ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,7-yə qədər azalıb.