» » » Azercell internet şəbəkəsində yaranmış problemlərə aydınlıq gətirdi

Azercell internet şəbəkəsində yaranmış problemlərə aydınlıq gətirdi

Azercell internet şəbəkəsində yaranmış problemlərə aydınlıq gətirdi

Şirkət nümayəndəsi açıqlama verdi.

Azərbaycanda son iki gündə internet şəbəkəsində yaranan problem əsas internet provayderləri ilə yanaşı mobil operatorların da fəaliyyətinə təsir göstərib.

ucarliyiq.biz xəbər verir ki, dünən Delta Telecom-da baş vermiş yanğın nəticəsində ölkənin ən böyük mobil operatorlarından olan Azercell-in abunəçiləri də mobil internetə çıxışdan məhrum olublar.

Məsələ ilə bağlı ucarliyiq.biz-ın sorğusunu cavablandıran Azercell-in korporativ əlaqələr üzrə eksperti Günay Məmmədli bildirib ki, Azercell ilkin provayder olaraq Delta Telecom-un xidmətlərindən istifadə edir.

“Texniki nasazlıq da Delta Telecom-un şəbəkəsi ilə bağlı idi”, - deyə, şirkət rəsmisi qeyd edib.