» » » Terminallardakı ödənişlər niyə gec yüklənir? - VİDEO

Terminallardakı ödənişlər niyə gec yüklənir? - VİDEO

Terminallardakı ödənişlər niyə gec yüklənir? - VİDEO

Bakıda belə müraciətlər daha çox olur.

Hansısa ödənişi terminalla ödəyirsiniz, ancaq sonra sizə zəng edirlər ki, borcunuz qalmaqda davam edir. Bəzən ödəniş terminallarında yaranan yubanmalar vətəndaşların işini də ləngidir. 

“Xəzər Xəbər” belə halların son günlər artmasının səbəblərini araşdırıb.

Son günlər ödəniş terminallarında ləngimələrin baş verməsi diqqət çəkir. Ödəniş terminalları ilə hayata keçirilən bəzi əməliyyatlar uğursuz alınır. Çıxan qəbzdə edilən ödənişin aidiyyatı hesaba çatmadığı bildirilir.

Baxmayaraq ki, şirkətlər sistemdə hər hansı nasazlıq və ya ciddi texniki problem olmadığını bildirir. Bəs əməliyyat uğursuz olduqda müştəri nə etməlidir? Ödədiyi pulu necə geri qaytara bilər, yaxud da ünvanına çatması üçün nə etməlidir?

Şirkət nümayəndəsi bildirir ki, ilk olaraq 24 saat fəaliyyət göstərən qaynar xəttə zəng etmək lazımdır. Bunun üçün terminaldan çıxan qəbz də saxlanılmalıdır. Çünkü yalnız bu şəkildə əməliyyatın uğurlu ya da uğursuz alındığını sübut etmək olar.

Ödənişlə bağlı yaranan problemlərdə bölgələrlə müqayisədə Bakıdan daxil olan müraciətlər daha çoxdur. Çünki paytaxda ödənişlər daha çox olduğundan yaranan çatışmazlıqlar da daha çox burda baş verir.