» » » Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “böyük təmizləmə” – ADLAR

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “böyük təmizləmə” – ADLAR

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “böyük təmizləmə” – ADLAR

“Onların sayı 10-u keçdi”.

Son dövrdə daha çox məmurun işdən azad olunduğu nazirliklər sırasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) on sıralarda yer alır. Belə ki, başda nazir Əli Abbasov olmaqla son dövrdə bu nazirlikdən işdən uzaqlaşdırılanların sayı 10-u keçib.

ucarliyiq.biz Trend-ə istinadən həmin şəxsləri dəqiq adlarını və bir zamanlar tutduqları vəzifələri təqdim edir:

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov

Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov

“Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov

MMC-nin baş mühasibi Oktay Rüstəmov

“Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev

“AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərov

“Bakı Telefon Rabitəsi” İB-nin Nizami telefon qovşağının rəisi Fətullah Seyidov

“Bakı Telefon Rabitəsi” İB-nin Nizami telefon qovşağının baş mühasibi Rəşad Məmmədov

“Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov

“Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov

“Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev

“3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov

Birliyin baş mühasibi Anar Mustafayev

Baş Prokurorluqdan verilən məlumata görə, hətta RYTN-də 95 milyon manat vəsait mənimsənilib və nazirliyin struktur qurumlarının və tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq-əməliyyat qrupu yaradılmaqla istintaq aparılır.