» » » Dağıstan yoluxmuş meyvələri Azərbaycana geri qaytardı

Dağıstan yoluxmuş meyvələri Azərbaycana geri qaytardı

Dağıstan yoluxmuş meyvələri Azərbaycana geri qaytardı

Ümumi çəkisi 16,6 tondur.

Dağıstan respublikası üzrə Rusiya Kənd Təsərrüfatı Nəzarət Xidmətinin İdarəsinin əməkdaşları Azərbaycan ilə sərhəddə iki partiya nar və xurmanı saxlayıb, bu barədə RİA “Daqestan” idarənin mətbuat xidmətinə istinadən məlumat yayıb.  

ucarliyiq.biz xəbər verir ki, respublikaya ümumi çəkisi 16,6 ton olan yoluxmuş meyvə keçirməyə cəhd ediblər.

“Saxlama üçün əsas Dağıstanın Federal Dövlət Büdcə müəssisəsi “VNİİKR”nin meyvələrdə şərq meyvəyeyəni və çəmən küskütü aşkar edildiyini təsdiqləyən çıxarışı olub”, - idarədə izah ediblər.

Rusiya Kənd Təsərrüfatı Nəzarət Xidmətinin məlumatına əsasən, bu karantin zərərvericiləri yaxın xaricdən gətirilən ixracat məhsullarında aşkar edilir.

Mətbuat xidmətinin nümayəndəsinin dəqiqləşdirdiyi kimi bütün yoluxmuş məhsullar geri qaytarılıb.