» » » Bakıda sürücü yol təsərrüfatına 13 min manat ziyan vurdu – FOTO + VİDEO

Bakıda sürücü yol təsərrüfatına 13 min manat ziyan vurdu – FOTO + VİDEO

Bakıda sürücü yol təsərrüfatına 13 min manat ziyan vurdu – FOTO + VİDEO

O, sükan arxasında yuxulayıb.

Bu gün səhər saatlarında Bakı dairəvi-1 avtomobil yolunun 12-ci kilometrliyində baş vermiş avtomobil qəzası zamanı yol təsərrüfatına ciddi ziyan dəyib.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən ucarliyiq.biz-a daxil olan məlumata görə, Bakı dairəvi-1 avtomobil yolunun Lökbatan dairəsi istiqamətindən hərəkətdə olan “Şaqman” markalı 90 VU 596 dövlət nömrə nişanlı sement daşıyan yük maşını yol ayrıcında olan əyri-xətli dəmir tirləri ve işıq dirəyini dağıdaraq dayanmışdır.

Ağır tonnajlı yük maşınını idarə edən sürücü Rəşad İsmayılovun  sözlərinə görə, yük maşınını idarə edərkən sükan arxasında yuxulayıb və bir anlıq sükana hakimiyyətini itirib. Bu zaman isə qəza baş verib.

Baş vermiş qəza zamanı təqribən 100 paqon-metr əyri-xətli dəmir tirlər və 1 işıq dirəyi sıradan çıxıb.

Baş vermiş qəza zamanı yol təsərrüfatına ilkin hesablamalara görə 13 min manata yaxın ziyan dəyib.

Nəqliyat Nazirliyi “Azəryolservis” ASC-nin əməkdaşları tərəfindən dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.