» » » Bu il 21 qıza Yusif, Məhəmməd, Hüseyn, Cəfər adı verilib – SİYAHI

Bu il 21 qıza Yusif, Məhəmməd, Hüseyn, Cəfər adı verilib – SİYAHI

Bu il 21 qıza Yusif, Məhəmməd, Hüseyn, Cəfər adı verilib – SİYAHI

Qızlara oğlan, oğlanlara qız adı verilməsinin illər üzrə statistikası açıqlandı.

Ədliyyə Nazirliyi 2011-2015-ci illərdə Azərbaycanda qoyulan adlarla bağlı maraqlı statistikanı detallı şəkildə təqdim edib.

ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, beləliklə, son beş ildə ölkədə 996 oğlan uşağına İslam adı verilib. 2011-ci ildə 1, 2012-ci ildə 2, 2013-cü ildə 1 qız uşağına da İslam adı verilib. 2011-ci ildə bir qız uşağına İslama adı qoyulub.

Ən çox qoyulan adlar sırasında olan Yusif adı son beş ildə 20 389 oğlan, eləcə də 47 qız uşağına verilib.

Belə ki, 2011-ci ildə 11, 2012-ci ildə 6, 2013-cü ildə 13, 2014-cü ildə 9, 2015-ci ildə 8 qız uşağına Yusif adı qoyulub.

Son beş ildə 23 qız uşağına Məhəmməd adı verilib. 2011-ci ildə 6, 2012, 2014. 2014-ci illərin hər birində 4, 2013-cü ildə isə 5 qız uşağına Məhəmməd adı verilib.

Son beş ildə ölkədə 19 319 qız uşağına Zəhra adı qoyulub. Eyni zamanda, 86 oğlan uşağına bu ad verilib. Belə ki, 2011-ci ildə 19, 2012-ci ildə 22, 2013-cü ildə 20, 2014-cü ildə 16 və 2015-ci ildə 9 oğlan uşağı valideynləri tərəfindən Zəhra adlandırılıb.

Hüseyn adı son beş ildə 13 902 oğlana verilib. 23 qız uşağına da bu ad qoyulub. Belə ki, 2011-ci ildə 8, 2012-ci ildə 3, 2013-cü ildə 3, 2014-cü ildə 3, 2015-ci ildə 6 qız uşağına Hüseyn adı verilib.

Son beş ildə 2533 oğlan uşağına Mehdi adı qoyulub. 5 qız uşağı da Mehdi adını alıb.

2011-ci ildə 1, 2013-cü ildə 1, 2014-cü ildə 2, 2015-ci ildə 1 qız uşağı Mehdi adlandırılıb.

Eyni zamanda, ötən beş ildə 610 oğlana Cəfər adı qoyulub. 2001-ci ildə isə bir qız uşağına Cəfər adı verilib.

Oğlan və qızlara verilən qarışıq adlar zamanı diqqət çəkən məqam odur ki, oğlanlara və qızlara qoyulan qarışıq adların hamısı dini adlardır.

Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətindən verilən məlumata görə, respublikanın rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 8 ayı ərzində 1542 soyadın, adın və ata adının dəyişdirilməsi qeydə alınıb.

İstisna olunmur ki, dəyişdirilən adların əksəriyyəti valideynlərin qoyduğu qeyri-adi adlar (oğlana qız, qıza oğlan adının qoyulması kimi) olub.

Rəqəmləri təqdim edilən statistikanı da oxucuların diqqətinə çatdırırıq: