» » » Azərbaycanlı deputat Ağ evi məhv etməyə çağırdı

Azərbaycanlı deputat Ağ evi məhv etməyə çağırdı

Azərbaycanlı deputat Ağ evi məhv etməyə çağırdı

“Heç bir mənəviyyatı olmayan ABŞ siyasətçiləri var”.

Fransız xalqına başsağlığı verirəm. Orada günahsız insanlar öldü. “Ərəb baharı” deyirlər, ancaq əslində ərəb qətliamıdır. Liviyanı kim bombardman edirdi? İlk fransızlar bombalamağa başladılar. Nə tökərsən aşına, o da çıxar qaşığına.

ucarliyiq.biz xəbər verir ki, bunu Azərbaycan Sosial Demokrat Partiyasının yeni deputat seçilmiş sədri Araz Əlizadə Ölkə.Az saytına müsahibəsində bildirib.

Deputat qeyd edib ki, 11 sentyabr hadisələrində də ABŞ xalqına başsağlığı verib, ancaq ABŞ administrasiyasına yox.

“Çünki bunu yaradanlardan biri elə ABŞ hakimiyyəti idi. Savadlı, savadsız, zəhmətkeş, nadan ABŞ xalqı var, bir də heç bir mənəviyyatı olmayan ABŞ siyasətçiləri var. Eynilə Fransa kimi. Terrorun kökünü kəsmək üçün birinci Ağ evi məhv etmək lazımdır”, - deyə, o bəyan edib.

Araz Əlizadənin sözlərinə görə, o, indiyə kimi proqnozlarında bir dəfə səhv edib:

“Düşünürdüm ki, Yeltsinin əvəzinə Putin gəlsə, Rusiya dövlət kimi tənəzzülə gedəcək. Putin isə vətənpərvər çıxdı”, - deyə, partiya sədri bildirib.