» » » YAP-ın yaranmasının 23-cü ildönümü ilə bağlı tədbir keçirilib - FOTO

YAP-ın yaranmasının 23-cü ildönümü ilə bağlı tədbir keçirilib - FOTO

YAP-ın yaranmasının 23-cü ildönümü ilə bağlı tədbir keçirilib - FOTO

“YAP ümumxalq partiyası olduğunu təsdiqləyib”.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü ilə bağlı partiyanın Nəsimi Rayon üzrə Cəmiyyətin Ərazi İlk Partiya Təşkilatının tədbiri keçirilib.

ASC-dən ucarliyiq.biz-a daxil olan məlumata görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.
 
Tədbiri giriş sözü ilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov açaraq, Yeni Azərbaycan Partiyasının 23 illik fəaliyyəti dövründə xalqımızın taleyüklü poblemlərinin həllində müstəsna xidmətlərindən danışıb. Ulu öndərin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalan ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında partiyanın gələcəyə doğru inamla irəllədiyini diqqətə çatdırıb:

“Bu müddət ərzində Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib.

Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi əhalinin sosial şəraitinin yaxşılaşmasına səbəb olub. Bu sahədə işlərin məntiqi davamı olaraq paytaxt və bölgələrdə avtomobil yollarının yenidən qurulması layihələri uğurla həyata keçirilir”.
 
Cəmiyyətin ərazi üzrə ilk partiya təşkilatının sədri, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin sədr müavini Əvəz Qocayev də hesabat məruzəsi ilə çıxış edərək, Heydər Əliyev irsinin və siyasi dühasının ən layiqli varisi Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin ölkəmizin iqtisadi inkişafına, xalqımızın rifahının yüksəlməsinə göstərdiyi qayğıdan, gərgin və səmərəli fəaliyyətindən söz açıb:

“Xalqa, vətənə, dövlətçiliyə xidmət edən Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafına töhfələr verməkdə davam edir”.
 
Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Mələhət İbrahimqızı ölkənin ictimai-siyasi həyatında partiyanın xidmətlərindən danışıb, Ümummilli Lider Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən bəhs edib:

 “Yeni Azərbaycan Partiyası yarandığı gündən öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurları onun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirib, ümumxalq partiyası olduğunu təsdiqləyib".
        
YAP Nəsimi rayon təşkilatının sədri Mələhət İbrahimqızı nitqini yekunlaşdıraraq partıyanın həyata keçirdiyi layihələrdə fəal iştirakına görə, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC üzrə ərazi İlk partiya təşkilatını diplomla təltif edib.
 
Daha sonra Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin YAP Gənclər Təşkilatının sədri Elnarə Rəşidova çıxış edərək, ölkənin ictimai-siyasi proseslərində yaxından iştirak edən Azərbaycan gənclərinə böyük etimad göstərildiyini, diqqət və qayğının hər zaman olduğunu bildirib:

“ YAP-ın xalqın ən inamlı partiyası olmasını şərtləndirən digər vacib amil partiya sıralarına Azərbaycanın sağlam, intelektual gənclər ordusunun axınıdır".
 
Sonda partiya sıralarına daxil olmuş bir neçə gəncə partiya vəsiqələri təqdim edilib.