» » » Türkiyə şirkəti “Azercell”i almağa hazırlaşır

Türkiyə şirkəti “Azercell”i almağa hazırlaşır

Türkiyə şirkəti “Azercell”i almağa hazırlaşır

Danışıqlar aparılır.

Türkiyənin ən iri mobil operatoru “Turkcell” İsveç-Finlandiya şirkəti “TeliaSonera”nın “Fintur” holdinqindəki payını almaq üçün  HSBC və “Citygroup” banklarından məsləhətçilər tutub.

ucarliyiq.biz Bloomberg-ə istinadən xəbər verir ki, “Turkcell”in “Fintur” holdinqində 41,45%, Azərbaycanın ən iri mobil operatoru “Azercell”in daxil olduğu “TeliaSonera” şirkətinin isə bu holdinqdə 58,55% payı var.

“Turkcell”in rəhbəri Kaan Terzioğlu “TeliaSonera” ilə danışıqların aparıldığını təsdiqləyib. O qeyd edib ki, sövdələşmə gələn il başa çata bilər.

Xatırladaq ki, “TeliaSonera”,  bu ilin sentyabrında “Azərcell”in də daxil olduğu Avrasiya bazarını tərk etmək niyyətini bildriib. Bu qərar  TeliaSonera qrupunun Avropa bazarının, o cümlədən də İsveçdə genişləndirilməsinə dair strategiyasının bir hissəsidir.