» » » Əli Həsənovun gürcü dilində nəşr olunan kitabının təqdimatı keçirilib - FOTO

Əli Həsənovun gürcü dilində nəşr olunan kitabının təqdimatı keçirilib - FOTO

Əli Həsənovun gürcü dilində nəşr olunan kitabının təqdimatı keçirilib - FOTO

“Bu kitabın təqdimatında biz Qafqaz əməkdaşlığını görürük”.

Gürcüstan paytaxtında fəaliyyət göstərən Qafqaz Beynəlxalq Universitetində Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun gürcü dilində nəşr olunan “Geosiyasət” kitabının təqdimatı keçirilib.

ucarliyiq.biz xəbər verir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, təqdimatda Qafqaz Beynəlxalq Universitetinin professor və müəllim heyəti, gürcü və azərbaycanlı tələbələr, QHT rəhbərləri və jurnalistlər iştirak edib.

Tədbiri universitetin rektoru Kaxaber Korzaya açaraq kitabın siyasi əhəmiyyətindən danışıb. O qeyd edib ki, kitabın gürcü dilinə tərcüməsi universitet tələbələrinə və müəllimlərə böyük hədiyyədir. K. Korzaya müəllifin Qafqaz Beynəlxalq Universitetinin kitabxanasına bağışladığı 40 ədəd kitabı xüsusi hədiyyə adlandırıb və bu kitabın Azərbaycan və Gürcüstan dövlətləri arasında münasibətlərin daha da dərinləşdirilməsinə xidmət edəcəyini vurğulayıb.

Tədbirdə Azərbaycan Qadın Jurnalistlər Assosiasiyasının rəhbəri, layihənin koordinatoru Sevil Yusifova, Qafqaz Beynəlxalq Universitetinin professorlarından Aleksandr Rusetski, Tamar Kikladze, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev və başqaları çıxış edərək kitabın gürcü dilinə tərcümə olunaraq nəşr edilməsini alqışlayıblar. Çıxışçılar kitabın universitetin tələbələri və müəllimləri üçün vacib bir dərs vəsaiti olduğunu qeyd ediblər.

Qafqaz Beynəlxalq Universitetinin Qafqaz Geosiyasət Araşdırmaları laboratoriyasının müdiri, professor Aleksandr Rusetski “Geosiyasət” kitabındakı araşdırmaların siyasət aləmində qiymətli olduğunu bildirib: 

“Bu kitabın təqdimatında biz Qafqaz əməkdaşlığını görürük. Biz daha intensiv şəkildə işləməliyik. Əli Həsənovun regionda təcavüzkarlığa, terrorizmə aid fikirləri və onun bu proseslərə münasibəti regional əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, Tiflisdə nəşr olunan “Geosiyasət” kitabının elmi redaktoru və ön sözünün müəllifi tarix elmləri doktoru, professor Quram Marxuliyadır. Kitab 5 fəsildən ibarətdir.