» » » Yaqub Mahmudovun kitabı ispan dilində də çap olundu

Yaqub Mahmudovun kitabı ispan dilində də çap olundu

Yaqub Mahmudovun kitabı ispan dilində də çap olundu

Kitabın Latın Amerikası ölkələrində yayılması nəzərdə tutulmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudovun “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı ispan dilində çap olunub. 

ucarliyiq.biz xəbər verir ki, kitab 2015-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyi tərəfindən tərcümə və nəşr edilmişdir. Kitabın Latın Amerikası ölkələrində yayılması nəzərdə tutulmuşdur.

«HISTORIA REAL y la confabulacion sobre la “Gran Armenia”» adlı kitabın elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Allahverdi Əlimirzəyev, tərcüməçisi isə Fernanda Ospinadır.
Kitabda ilk mənbələr əsasında ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəldikləri, mənşəcə qədim frigayılılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir. Sübut edilir ki, müasir ermənilər (haylar) “Armeniya”, “armyane”, “erməni” adlarına sonradan – Şərqi Anadoluya köçüb gədikdən sonra sahib çıxmışlar. Tarixdə heç zaman “Böyük Ermənistan” adlanan dövlət qurumu olmamışdır. “Böyük Ermənistan” anlayışı Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarına sahib çıxmaq məqsədilə erməni saxtakarları tərəfindən sonradan uydurulmuşdur.

Əsərin birinci bölməsi "Ermənilər Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəlmişlər" adlanır və bu bölmə ermənilərin qədim Urartu irsinə sahib çıxmaq iddialarına qarşı kəskin cavabdır. Kitabda uydurma "Erməni yaylası" ("Armyanskoye naqorye") coğrafi anlayışına ayrıca bölmə həsr olunub. Bu bölmədə müəllif yazır ki, tarixi saxtalaşdıranlar XIX əsrin sonundan etibarən elmi dövriyyəyə daha bir uydurma termin – “Erməni yaylası” (“Armyanskoye naqorye”) coğrafi anlayışını da daxil ediblər. Əsərin son bölməsi isə tarixdə heç vaxt "Böyük Ermənistan" adlı dövlətin olmadığının isbatına həsr olunub.

“Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı bundan əvvəl ingilis və rus dillərində də nəşr olunub, xarici ölkələrdə yayılmışdır.

“Real tarix və “Böyük Ermənistan” uydurması” kitabından başqa, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və soyqırımları tarixinə həsr olunmuş digər əsərlərin də yaxın zamanlarda ispan dilində nəşr olunması və Latın Amerikası ölkələrinin oxucularına çatdırılması nəzərdə tutulmuşdur.