» » » Azərbaycanda buludlu hava gözlənilir

Azərbaycanda buludlu hava gözlənilir

Azərbaycanda buludlu hava gözlənilir

Cənub-qərb küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ucarliyiq.biz-a verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında noyabrın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq rayonlarında isə yağış yağacağı ehtimalı var. Cənub küləyi arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 4-8, gündüz 11-16, dağlarda gecə 1 dərəcə şaxtadan 6 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.