» » » Rafael Dadaşov: Qızım haqqında danışanda mənə toxunurlar

Rafael Dadaşov: Qızım haqqında danışanda mənə toxunurlar

Rafael Dadaşov: Qızım haqqında danışanda mənə toxunurlar

“Niyə övladımı qaralayıb başımı aşağı edirsiniz?”.

Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Rafael Dadaşov APA-ya müsahibə verib.

ucarliyiq.biz həmin müsahibəni ixtisarla təqdim edir:

-Rafael müəllim, ilkin müşahidəmi deyirəm: jurnalistlərdən bərk inciksiniz. Mətbuata verdiyiniz açıqlamalarınızda hətta aqressiv, qəzəbli cavablarınızı da oxumuşam...

- Məsələ ondadır ki, jurnalistlər mənim haqqımda qarayaxma apara bilməzlər. Həyatda özümü elə aparıram ki, onların nə isə xoşagəlməz şeylər yazması mümkün deyil. Sadəcə, jurnalistlər qızımı müzakirəyə çıxarırlar, onun haqqında yazırlar, bu da düzgün deyil. Sənətkar övladını müzakirəyə çıxarmazlar. Çalışırlar, qızım haqqında xeyir sözlərdənsə, şər sözləri işlətsinlər. İstəmirəm kobud danışam, yoxsa qaralamağa qalsa, əstəğfürullah, mən də elə qaralayaram, yeddi qatdan keçər. Mətbuatdan incikliyim övladımla bağlıdır. Çünki sənətkar olmaqla bərabər, özümü elə aparıram ki, lazımsız söz-söhbətə səbəb olmayım. Kimsə axtarıb nə isə tapmaq istəyəndə, tez qızıma sataşır. Mən sizin vasitənizlə xahiş edirəm: jurnalistlər belə şeyləri etməsinlər. Qızım haqqında danışanda mənə toxunurlar. Əgər mənim sənətim haqqında yüksək fikirdəsinizsə, başqa tərəfdən niyə övladımı qaralayıb başımı aşağı edirsiniz?