» » » Müştəri kredit borcunu gecikdirsə də... - VİDEO

Müştəri kredit borcunu gecikdirsə də... - VİDEO

Müştəri kredit borcunu gecikdirsə də... - VİDEO

Qanunla bankın bunu etməyə hüququ çatırmı?

Problemli kreditlərlə bağlı növbəti problem ortaya çıxıb. Şəxs götürdüyü kreditin ödəməsini gecikdirən zaman bankdan onun iş yerinə ya zəng olunur ya da xəbərdarlıq məktubu göndərilir. Bəs görəsən qanunla bankın bunu etməyə hüququ çatırmı?

Bankdan ödəməsini gecikdirdiyi kredit borcu ilə bağlı işyerinə xəbərdarlıq məktubu göndərilib. Bank şirkətdən tələb edib ki, bu borcun maaşdan kəsilərək ödənilməsi təmin olunsun.

Əslində isə bankların problemli kreditlərlə bağlı müştərilərinin çalışdığı şirkətə zəng etməyə və ya xəbərdarlıq məktubu göndərməyə hüququ yoxdur. Əslində isə vətəndaşları çaş-baş salan, kredit alarkən bankın vətəndaşdan işyerindən arayış istəməsi və anketə iş yeri telefonunun əlavə olunmasını tələb etməsidir.

Halbuki qanunvericiliyə görə, problemli kreditlə bağlı bank öz müştərisini məhkəməyə verə bilər və ancaq məhkəmə qərarı əsasında icraçılar işyerinə yazılı və şifahi formada müraciət edə bilərlər.

Mənbə: Xəzər xəbər

  1. Bextiyar 19 noyabr 2015 22:22


    men yasadigim erazide bu yaxinlarda 2-cavan oglan banga borcu olduguna gore ozunu asib oldurdu krediti odeye bilmediyi ucun ozlerin mehv elediler duzdu bu yaxsi hall deyil ama riyyaliq buduki issizlik bas alib gedir bohran buruyub olkeni vetendas bilmir ozunu ailesini saxlasin yoxsa kiredit versin ona gorede yasamaq istemir.men calisiramki bangdan pul goturmeyim bir defe bangdan pul goturmusem ele hemen deyqe pesman olmusam cunki mene pulu goturmemisden illik 26-faizle verileceyini deselerde muqavileni oxuyanda 36 faizle vereceklerini gostermisdiler ustelik bang xerclerinde negd odemelisen dediler yani mene verilen kreditden hemen bang xerclerin tutdular inanin cox pesman oldum bangdan pul goturmeyime.o krediti odeyib bitirenden sora hec fikrimde yoxduki bangdan kredit goturem .hele lap cox pul goturmek isdesen sapqada isteyirler adamdan bir sozle calisiram bangdan uzag olam..

    --------------------