» » » Bakıda tıxac problemi azalır – VİDEO

Bakıda tıxac problemi azalır – VİDEO

Bakıda tıxac problemi azalır – VİDEO

“Azərbaycanda piyada mədəniyyəti çox aşağı səviyyədədir”.

Son zamanlar Bakı şəhərində bəzi küçələrdə nəqliyyat vasitələrinin orta sürətinin artması onu göstərir ki, nəqliyyatın hərəkətində tıxac faktoru azalmaqdadır.

ucarliyiq.biz ANS TV-yə istinadən xəbər verir ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəsmisi Şəfa Mehmanqızı bunu yol infrasturktunun qurulması, prospektlərin genişləndirilməsi ilə əlaqələndirir.

“Statistika Komitəsinin ötən il üçün açıqladığı rəqəmlərə görə, ölkə ərazisinə 22 min 915 avtomobil idxal olunubdur. İllər ötdükcə ölkəmizə idxal olunan avtomobillərin sayı artır. Hazırda bütün küçə və prospektlərdə isə orta sürət həddi artıb. Eyni zamanda tıxacların sayı demək olar ki, azalıbdır. Məhz bu qədər avtomobilin idxal olunmasına rəğmən, yenə də müsbət nəticələr ələdə etmək mümkün olub”.

Buna baxmayaraq yenə də müəyyən saatlarda paytaxtın müxtəlif küçə və prospektlərində sıxlıq müşahidə olunur.

Nəqliyyat məsələləri üzrə ekpert Ərşad Hüseynov bir qədər məsələyə başqa rakusdan baxır:

“Tıxac problemin əsas kökü ondan ibarətdir ki, uzun müddət Azərbaycanda formalaşmış piyada mədəniyyəti çox aşağı səviyyədədir”.

Bir azda səbr edək, yaxın illərdə paytaxt yollarında tamamilə tıxacsız hərəkət etməyə çox az qalıb.