» » » Balakəndə kişi on manat borca görə bıçaqlandı

Balakəndə kişi on manat borca görə bıçaqlandı

Balakəndə kişi on manat borca görə bıçaqlandı

Araşdırma aparılır.

Balakəndə 44 yaşlı kişi 10 manat borca görə həmyerlisi tərəfindən bıçaqlanıb.

ucarliyiq.biz xəbər verir ki, APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə noyabrın 19-u axşam saat 20 radələrində Balakən şəhəri H. Əliyev prospektinin sol kənarında yerləşən mağazaların qarşısında baş verib. 

Rayonun Gərəkli kənd sakini, 1971-ci il təvəllüdlü İlqar Kəmil oğlu Hudulov  kişi geyimləri mağazasının sahibi Elçin Cavad oğlu tərəfindən bıçaqlanıb.

Bıçaq xəsarətləri alan 44 yaşlı İlqar Hudulov Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Balakən RMX-dan verilən məlumata görə, qarının ön divarının kəsilmiş-deşilmiş və daxilə nüfuz edən, sol bel nahiyəsinin və başın ənsə hissəsinin kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olan İlqar Hudulovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

İlqar Hudulovun yaxınlarının verdiyi məlumata görə, İlqar Hudulovun kişi geyimləri mağazasının sahibi Elçin Cavad oğluna 10 manat borcu olub. Hadisə baş verən zaman İlqar Hudulov borcunu qaytarmaq üçün Elçin Cavad oğlunun işlədiyi mağazaya gedib.

Balakən rayon Polis Şöbəsindən bildirilib ki, hadisəni törədən Elçin Cavad oğlu könüllü Balakən RPŞ-yə gələrək təslim olub.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.