» » » “İkinci dünya müharibəsi və Azərbaycan” adlı konfrans keçirildi – FOTO

“İkinci dünya müharibəsi və Azərbaycan” adlı konfrans keçirildi – FOTO

“İkinci dünya müharibəsi və Azərbaycan” adlı konfrans keçirildi – FOTO

“Azərbaycan xalqının zəkasının faşizm üzərində qələbədə mühüm rolu vardır”.

Noyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutu və Qərb Universitetinin birgə təşkilatçılığı ilə “İkinci dünya müharibəsi və Azərbaycan” adlı respublika konfransı keçirilib.

AMEA Tarix İnstitutunun Mətbuat Xidmətinin rəhbəri Nazim Xəlilovun ucarliyiq.biz–a verdiyi məlumata görə, Qərb Universitetində keçirilən elmi konfransı universitetinin rektoru, dosent Zemfira Məmmədova açaraq, mövzunun aktuallığını və konfrans materiallarının gənclər üçün faydalı informasiya mənbəyi rolu oynayacağını qeyd etdi.

Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov geniş çıxışında Azərbaycan xalqının, Bakı neftinin II Dünya müharibəsində rolundan söz açıb. O, bildirdi ki, 9 May qələbəsi ilə dünya faşizm kimi bir bəladan xilas oldu:

 “Yusif Məmmədəliyevin ixtirası ilə II Dünya müharibəsində dönüş yarandı. Azərbaycan xalqının zəkasının faşizm üzərində qələbədə mühüm rolu vardır”.

Tarixçi-alim çıxışında dedi ki, müharibənin gedişatında da Azərbaycanın ziyalı oğullarına qarşı ermənilərin soyqırım xətti olmuşdur. AMEA-nın müxbir üzvü çıxışında onu da qeyd etdi ki, sovet dönəmində qəsdən cəmiyyətə yalançı tarixi sırıyıblar, ona görə də hazırda Azərbaycan tarixi yenidən araşdırılır.

Konfransda həmçinin Avropadakı irqi, dini ayrı-seçkilik kəskin şəkildə lənətləndi. Y.Mahmudov konfrans iştirakçılarına Avropanın faşizmin vətəni olduğunu bildirdi.

Elmi konfransda daha sonra alimlər Cəbi Bəhramovun “İkinci Dünya müharibəsi və Bakı nefti”, İradə Bağırovanın “İkinci Dünya müharibəsi və Böyük Vətən müharibəsinin müasir tarixşünaslığı”, Sevinc Əliyevanın “Azərbaycanlılar İkinci Dünya müharibəsi cəbhələrində”, Azad Rzayevin “Azərbaycan sənayesi və nəqliyyatı Böyük Vətən müharibəsi illərində”, Şahin Bağırovun “İkinci Dünya müharibəsi və Azərbaycanın elitası”, Mehman Həsənovun “İkinci Dünya müharibəsinin başlıca xüsusiyyətləri və müharibədə Azərbaycanın iştirak səbəbləri” adlı elmi məruzələri dinlənildi.

Sonda AMEA Tarix İnstitutu və Qərb Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalandı.